Hizbullah: İsrailə cavab verməyə hazırıq

Hizbullah: İsrailə cavab verməyə hazırıq

"İsrailin Livanın su ərazilərini və bu ölkənin Aralıq dənizindəki neftini işğal etməsindən sonra biz müvafiq vasitələrlə bu rejimə qarşı təzyiq və çəkindirici rol oynamağa hazırıq"

Az.rasthaber.com xəbər verir ki, bunu Hizbullah baş katibinin müavini Şeyx Nəim Qasim deyib.

Nəim Qasim daha sonra əlavə edib:

"Hizbullah İsrailin Livan sərhədini işğal etdiyini təsdiq edən kimi, Livanın hüquqlarını qorumaq üçün hərəkətə keçməyə və məcburiyyət və çəkindirmə kimi müvafiq vasitələrdən istifadə etməyə hazırdır. Biz hökumətə ultimatum vermək niyyətində deyilik, hətta bu cür hallarda hökumət çərçivəsində fəaliyyət göstəririk, lakin eyni zamanda onu bu prosesi sürətləndirməyə təşviq edirik".

Xəbəri paylaş

VİDEOLAR