Hizbullah işğal altındakı Fələstinin şimalına ağır raket zərbələri endirib

Hizbullah işğal altındakı Fələstinin şimalına ağır raket zərbələri endirib

Sionist rejimin xəbər mənbələri Livan Hizbullahının işğal olunmuş Fələstinin şimalında sionist rejim ordusunun həssas mövqelərinə ağır raket zərbələri endirdiyini bildirib.

Az.rasthaber.com xəbər verir ki, sionist rejimin 12-ci kanalı cümə axşamı günü xəbər verib ki, Livandan işğal olunmuş Fələstinin şimalına onlarla raket atılıb.

 

Bu raket hücumundan sonra müxtəlif bölgələrdə, o cümlədən Hayfa körfəzi və Əl-Cəlil bölgəsində həyəcan siqnalı çalınıb.

 

Bununla bağlı, sionist rejim ordusunun sözçüsü Livandan Əl-Cəlil, Hayfa körfəzi və Akka istiqamətinə 40 raket atıldığını açıqlayıb.

 

Digər sionist medialar da məlumat yayıb ki, Qərbi Əl-Cəlil və Keryot istiqamətində onlarla raket atılıb və xəbərlər sionist mühacirlər məskunlaşmış "Kəfar Mesarik" qəsəbəsinə raketin düşdüyünə işarə edir.

Xəbəri paylaş

VİDEOLAR