Siyasətçi Nəbih Birri yeddinci dəfə Livan Parlamentinin sədri seçilib.
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu gün Livan Parlamentində spikerin, müavinəri və Rəyasət Heyəti üzvlərinin seçilməsi ilə bağlı səsvermədə Nəbih Birri 65 səslə yeddinci dəfə sədr olub.
O, səsvermədən sonra çıxışında bildirib ki, ölkədə siyasi və iqtisadi gərginliyi aradan qaldırmaq üçün əməkdaşlıq əlini bütün cinahlara uzadır.
Nəbih Birri həmçinin əlavə edib ki, təzyiqlərin miqdarından asılı olmayaraq İsraillə münasibətləri normallaşdırmaq prosesinə icazə vermək olmaz.
Qeyd edək ki, 84 yaşlı Nəbih Birrinin rəhbərlik etdiyi Əməl hərəkatı Hizbullah hərəkatının Livanda ən yaxın müttəfiqlərindən biridir.