Hizbullah: Heç vaxt İsrailə mübahisəli ərazidə neft və qaz axtarışına icazə verməyəcəyik!

Hizbullah: Heç vaxt İsrailə mübahisəli ərazidə neft və qaz axtarışına icazə verməyəcəyik!

Livan Hizbullahı işğalçı İsrail gəmisinin Kariş qaz yatağına girərək 29-cu dəniz xəttini keçməsinə və mübahisəli ərazidən qaz çıxarmaq planına münasibət bildirib.

“Biz heç vaxt İsrailə mübahisəli ərazidə neft və qaz axtarışına icazə verməyəcəyik”.
Bundan öncə “Müqavimətə Sadiqlik” fraksiyasının rəhbəri Məhəmməd Rəd Livan rəsmilərinə müraciət edərək deyib:
"Gəlin öz istəyimizlə, müstəqil şəkildə bir şirkət seçək və həmin şirkətə biz istədiyimiz müddətdə sularımızda qaz axtarışı aparmasına şərait yaradılsın. Əgər kimsə İsrail düşməninin bu şirkətə yaxınlaşmasından, ona mane olmasından çəkinirsə, bilməlidir ki, bu hadisə baş verərsə, biz, onlara (israillilərə) ağır cavab veriləcəyi ilə bağlı zəmanət veririk!"

Xəbəri paylaş

VİDEOLAR