22.04.2022 12:44:27
Livan Hizbullah Hərəkatı Əfqanıstanın şimalında Məzari-Şərifdə törədilən terror aktlarını pisləyib.
Az.rasthaber.com xəbər verir ki, Livan Hizbullah Hərəkatı Əfqanıstanın Məzari-Şərif şəhərində məscidə edilən terror hücumu ilə bağlı yazılı açıqlama yayıb.
Açıqlamada bildirilir:
"Bu cür hadisələr mübarək Ramazan ayı ilə Allah evlərinin hörmətinin sındırılması deməkdir. Bu gün baş verənlər insani, əxlaqi, dini dəyərlərdən uzaq olan qatillərin vəhşiliyinin göstəricisidir.
Böyük dini mərcelər bu azğın zehniyyəti pisləməli və İslam hökumətləri İŞİD tərəfdarlarını mühakimə etmək üçün tədbirlər görməlidir."
Qeyd edək ki, İŞİD Məzari-Şərif şəhərində törədilən terror aktına görə məsuliyyəti üzərinə götürüb.
Məzari-Şərif şəhərində baş verən partlayışlar nəticəsində azı 40 nəfərin öldüyü, 100 nəfərin isə yaralandığı bildirilir.