25.03.2022 17:03:23
Livan Hizbullah Hərəkatı yayınladığı bəyanatda, işğal olunmuş ərazilərdə Birus-səbi (Bi'r əs-Sab) şəhadət tələbi əməliyyatını yüksək qiymətləndirib və Fələstini azad etməyin yeganə yolunun müqavimət olduğunu vurğulayıb.
Az.rasthaber.com xəbər verir ki, Livanın Hizbullah hərəkatı yayımladığı bəyanatda, şəhadət tələbi əməliyyatı ilə bağlı bildirilib:
"Bu əməliyyat həqiqətən Fələstin xalqının gözündə cihad və müqavimət ruhunu göstərir".
Bu yaxınlarda, Nəkab bölgəsindən olan fələstinli Məhəmməd Əbu Kay'an şəhadət tələbi əməliyyatında 4 sionisti öldürüb.
Fələstin İslami Müqavimət Hərəkatının sözçüsü Əbdüllətif əl-Qani deyib:
“Bu qəhrəmanlığı edənə salam olsun. Bildirmək istəyirik ki, işğalçılarla müharibə davam edir və bir an belə dayanmayacaq”.
Qeyd edək ki, Fələstin İslami Cihad Hərəkatının sözçüsü Tarix Səlmi də: "Bu əməliyyat sionizm terroruna təbii cavab kimi qiymətləndirilməlidir. Bu hərəkəti təqdir edib bildirməliyik ki, müqavimət və cihad bayrağı endirilməyib", - deyə bildirib.