Livan Hizbullah Hərəkatının baş katibinin müavini Şeyx Nəim Qasım Qüds yolu şəhidi Həsən Musa əl-Zeyyikin anım mərasimində çıxış edib.
Az.rasthaber.com xəbər verir ki, Şeyx Nəim Qasım bu sözləri deyib:
“Biz sionistlərlə göz-gözə mübarizə aparmağa davam edəcəyik və İsrail və onun havadarlarına unudulmaz bir dərs verəcəyik.
Əgər sionist rejim öz hücumlarının əhatəsini genişləndirsə, biz bu rejimin hücumlarına layiqli cavab verəcəyik.
Livan müqaviməti heç vaxt təslim olmayacaq. İsrail və ABŞ-ın təhdidləri bizə təsir etmir. Biz şərəf, ləyaqət, müqavimət və azadlıq adamlarıyıq və İsrailə və onun tərəfdarlarına unudulmaz dərs vermək üçün meydanda qalacağıq”.