Livanın Hizbullah Hərəkatı bəyanat yayaraq Bəhreyn hökumətinin sionist rejimin bu ölkədə səfirliyinin açılması istiqamətində hərəkətini pisləyib və bunu Xəlifə rejiminin növbəti süqutu kimi qiymətləndirib.
Az.rasthaber.com xəbər verir ki, Hizbullah öz bəyanatında bu açıqlamaları verib:
"Xəlifə rejimi Bəhreyn xalqına zülm etdikdən sonra növbəti dəfə siyasi və mənəvi tənəzzülə uğradı və sionist rejiminin tarixinin ən pis şəraitdə olduğu bir vaxtda sionist rejimin səfirliyini açdı.
Bu uğursuz addım onu göstərir ki, Ali-Xəlifə rejimi Bəhreyn xalqının iradə və imanının əksinə olaraq sionist düşmənlə barışığa doğru irəliləyir”.
Livan Hizbullahı bu hərəkəti bu günlərdə sionist terrorizmlə mübarizədə ən böyük şücaətlərə imza atan Fələstin xalqı üçün yeni təhlükə kimi qiymətləndirib.