Livan Hizbullahı bununla bağlı bəyanat yayıb
Rasthaber Azərbaycan xəbər verir ki, sionist rejimin Hizbullah İcra Şurasının sədri Seyid Səfiyuddinin terror edilməsi xəbərindən sonra, müqavimət hərəkatı bəyanat yayıb.
Hizbullahın bəyanatında deyilir: "Hizbullah, şəhidlər və mücahidlər xalqına, müqavimət və qalib xalqına, Qüds yolu ilə gedən böyük bir liderin və şanlı bir şəhidin vəfatını elan edir. Hizbullahın İcra Şurasının sədri, hörmətli alim Həşim Səfiyuddin, (Allahın rəhməti üzərinə olsun) öz qardaşları ilə birgə Allahına qovuşdu. O, sionist işğalçıların cinayətkar hava hücumunda şəhid oldu."
Hizbullah bəyanatın davamında "Seyid Haşim Səfiyuddin bizim ən qiymətli şəhidimiz, Hizbullahın baş katibi Həsən Nəsrullahın qardaşı kimi, onun üçün həmişə dəstək olmuşdur. O, qardaşı üçün Əbəlfəzl Abbasın İmam Hüseynə olan yerində idi. O, qardaşı, dəstəkçisi, bayrağını daşıyanı, etibar etdiyi, çətinliklərdə ürək-dirək etdiyi bir insan idi. O, İslam dinini dəstəkləyərək, saleh, təqvalı, lider və şəhid olaraq, Bədr döyüşçülərinin izini sürmüşdür.", -deyə bildirib.