Hindistandan Pakistana atılan raketlə bağlı açıqlama: Səhvən olub

Hindistandan Pakistana atılan raketlə bağlı açıqlama: Səhvən olub

"Pakistana atılan raket buraxılış sistemindəki səhvin nəticəsidir"

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, Hindistan Müdafiə Nazirliyinə yaxın mənbələr bildiriblər ki,  Pakistana atılan raket buraxılış sistemindəki səhvin nəticəsi olub.

Məlumatlı və etibarlı Pakistan mənbələri KİV-lərə bildiriblər ki, "İslamabad rəsmiləri hindistanlı həmkarından Pakistan ərazisi istiqamətində ölkənin müdafiə sistemi tərəfindən vurulan Hindistan ballistik raketinin atılması ilə bağlı izahat istəyiblər".

Mənbələr bildirib ki, qarşı tərəf buraxılış prosesinə aydınlıq gətirərkən bunun Hindistanın ballistik raketlərə nəzarət sistemindəki texniki səhvin nəticəsi olduğunu və Hindistan hökumətinin nəyin doğru olduğunu araşdırmaq üçün hərbi komissiya yaratdığını təsdiqləyib. Əlavə edilib ki, baş verən hadisə ciddi səhvdir və qətiyyətlə həll edilməlidir."

Xəbəri paylaş

VİDEOLAR