Hindistan məhkəməsi Varanasi şəhərindəki tarixi Qyanvali məscidində kütləvi ibadətlərin məhdudlaşdırılmasına dair qərar çıxarıb. Buna səbəb isə ibadət ocağının ərazisində hindular üçün müqəddəs sayılan əşyaların tapılmasıdır.
Az.rasthaber.com İran mediasına istinadən xəbər verir ki, Arxeoloji qazıntılar zamanı ekspertlərin hinduların Şiva tanrısına aid edilən əşyaları tapmasından sonra 5 hindu qadın məhkəməyə müraciət ediblər və məscid ərazisində hindu ayinlərinin yerinə yetirilməsinə icazə verilməsini istəyiblər. Onların iddiasına görə, bu yerdə nə zamansa hindu məbədi yerləşib.
Hakim qadınların müraciətini müsbət dəyərləndirərək, müsəlmanlara məsciddə kütləvi ibadətlərin keçirilməsini qadağan edib.