Hindistanda İslami qruplar müsəlmanları etirazları dayandırmağa çağırıb

Hindistanda İslami qruplar müsəlmanları etirazları dayandırmağa çağırıb

Bazar ertəsi Hindistanda tanınmış islami qrupların və məscidlərin rəhbərləri müsəlmanları hakim millətçi partiyanın iki üzvünün Peyğəmbərə qarşı söylədiyi təhqiramiz ifadələrə qarşı etirazlarını dayandırmağa çağırıblar.

Az.rasthaber.com İran mediasına istinadən xəbər verir ki, bazar ertəsi Hindistanda tanınmış islami qrupların və məscidlərin rəhbərləri müsəlmanları hakim millətçi partiyanın iki üzvünün Peyğəmbərə (s) qarşı söylədiyi təhqiramiz ifadələrə qarşı etirazlarını dayandırmağa çağırıblar.

Keçən həftə keçirilən etirazlar zorakılığa çevrildikdən, iki müsəlman yeniyetmənin ölümü və 30-dan çoxunun yaralanmasından sonra böyük toplantıların qarşısını almaq üçün mesaj verildi.

Camaat-e-İslami-nin tanınmış üzvü Malik Əsləm verdiyi açıqlamada deyib ki, Müsəlmanların İslama təhqir edildiyi zaman birləşmək vəzifəsi var, eyni zamanda sülhü qorumaq da vacibdir.

Xəbəri paylaş

VİDEOLAR