Hindistanda hərbi təlim təyyarəsi qəzaya uğrayıb

Hindistanda hərbi təlim təyyarəsi qəzaya uğrayıb

Bildirilib ki, Hindistanda Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsi Karnataka ştatında qəzaya uğrayıb.

Az.rasthaber.com xəbər verir ki, Hərbi Hava Qüvvələrindən verilən açıqlamada, təyyarənin Karnataka əyalətində adi təlim uçuşu zamanı qəzaya uğradığı bildirilib.

Açıqlamada pilot və pilot köməkçisinin sağ qaldığı bildirilib.

Qəzanın səbəblərini müəyyən etmək üçün araşdırmalara başlanılıb.

Xatırladaq ki, Hindistanda mayın 8-də də “MiQ-21” tipli döyüş təyyarəsi Rajastan əyalətinin Hanumanqarh bölgəsində yaşayış məntəqəsinə düşmüş və 2 mülki şəxs həlak olmuşdu.

Xəbəri paylaş

VİDEOLAR