Hindistanın Kanataka əyaləti artıq dördüncü gündür ki, əyalətin ictimai təhsil mərkəzlərində hicab qadağasına etiraz olaraq kütləvi aksiya keçirir.
Az.rasthaber.com İran mediasına istinadən xəbər verir ki, Hindistanın cənubundakı Karnataka əyalətinin müxtəlif yerlərində dördüncü gündür ki, mağazalar demək olar ki, tamamilə bağlanmaqda davam edir.
Bu etiraz aksiyası Ali Məhkəmənin qərarına etiraz olaraq keçirilib. Çərşənbə axşamı məhkəmə dövlət təhsil müəssisələrində hicaba qoyulan qadağanı təsdiqləmişdi.
Belə bir qərarın Hindistanın digər əyalətlərində də müsəlmanların vəziyyətinə təsir edə biləcəyi ilə bağlı narahatlıqlar var.