"Hindistanda hakim partiya İslama və müsəlmanlara kəskin nifrət edir"

Hindistanlı yazıçı bəzi Hindistan rəsmilərinin müsəlmanların müqəddəslərini təhqir etmələrini əsas gətirərək, anti-islamçılığı Hindistanın hakim partiyasının prinsiplərindən biri adlandıraraq deyib: "Bəzi hindular minlərlə hind məscidini dağıtmaq istəyirlər".

Az.rasthaber.com İran mediasına istinadən xəbər verir ki, Hindistan hakimiyyətinin Həzrət Peyğəmbərə (s) hörmətsizlik etməsinə reaksiyalar davam edir. Hindistanın "Milli Qəzet" qəzetinin baş redaktoru Zəfərul-İslam Xan bununla bağlı bildirib ki, Hindistanda hakim "Bharatiya Janata" Partiyası (BJP) İslama və müsəlmanlara kəskin nifrət edir.

Əl-Cəzirə ilə müsahibədə o vurğulayıb ki, Hindistanın hakim partiyasının bəyanatı və onun Həzrət Peyğəmbərə (s) hörmətsizlik edən iki çıxış edənin fəaliyyətini dayandırmaq barədə qərarı yalnız bu hadisənin yaratdığı böhranı aradan qaldırmaq üçün verilib.

O bildirib ki, İslama nifrət Hindistanın hakim partiyasının əsas prinsiplərindən biridir. Onlar məscidləri hindular üçün məbədlərə və müsəlmanları da hinduizmə çevirməyə çalışırlar.

Xəbəri paylaş

VİDEOLAR