Hikmət Hacıyev İran səfiri ilə ikitərəfli münasibətləri müzakirə edib

Hikmət Hacıyev İran səfiri ilə ikitərəfli münasibətləri müzakirə edib

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə görüşüb.

Az.rasthaber.com xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Görüşdə ikitərəfli münasibətlər, Cənubi Qafqaz regionunda baş verən proseslər və Azərbaycan-Ermənistan sülh danışıqları müzakirə edilib.

Həmçinin, görüşdə işğalçı İsrail rejiminin Fələstinə hücumu, eləcə də bu xüsusda İslam ölkələrinin rolu barədə fikir mübadiləsi aparılıb.

Xəbəri paylaş

VİDEOLAR