Heratda Taliban qüvvələrini daşıyan avtobusa hücum edilib

Heratda Taliban qüvvələrini daşıyan avtobusa hücum edilib

Əfqanıstanın Herat şəhəri yaxınlığında Taliban qüvvələrini daşıyan avtobusa hücum edilib.

Az.rasthaber.com xəbər verir ki, Əl-Cəzirə telekanalının məlumatına görə, Əfqanıstanda yerləşən Tolonews xəbər agentliyi bu gün səhər naməlum şəxslərin Taliban qüvvələrini daşıyan avtobusa hücum etdiyini bildirib.

Herat polisinin sözçüsü Məhəmməd Şah Rəsul hücumçunun öldürüldüyünü açıqlayıb.

Şahidlərin bildirdiyinə görə, iki Taliban üzvü öldürülüb, mülki şəxslər və təhlükəsizlik qüvvələri də daxil olmaqla 20-dən çox adam yaralanıb.

Xəbəri paylaş

VİDEOLAR