"Heç bir şəraitdə İran xalqının hüquqları barədə güzəştə getməyəcəyik"

“Amerikanın cavabını araşdırmaqdayıq”

Az.rasthaber.com xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan deyib.

Abdullahiyan bildirib:

"Güclü və sabit razılaşmaya çatmaq üçün ciddi və real iradəmiz var, amma heç bir şəraitdə xalqın hüquqlarında güşəztə getməyəcəyik".

Hüseyn Əmir-Abdullahiyan dünən axşam BMT-nin baş katibi Antonio Quterreşlə telefon söhbətindən sonra öz İnstaqram səhifəsində yazıb ki, bu telefon söhbətində Nüvə Silahlarının Yayılmaması Müqaviləsi- NPT konfransı və sanksiyaların ləğvi ilə bağlı müzakirələr prosesinin son durumu da daxil olmaqla regional və qlobal sahələrdə birgə ciddi-cəhd edilən bəzi məsələlər nəzərdən keçirilib.

İranın xarici işlər naziri əlavə edib: BMT baş katibinin NPT iclasında fikir birliyinin zəruriliyini vurğulamasına cavab olaraq, açıq şəkildə ona bildirdim: Son NPT konfransının sədri 1995, 2000 və 2010-cu illər konfranslarının, xüsusən həmişə sionist rejimin Nüvə Silahlarının Yayılmaması Müqaviləsi- NPT-yə qoşulmasını istəyən Qərbi Asiya regionu barədəki qərarlarına göz yumub, öncəki konfransların bütün nailiyyətlərini kənara qoydu. Buna görə, bu məsələ mütləq şəkildə bizim üçün qəbulediləsi olmayacaq.

Xəbəri paylaş

VİDEOLAR