Haşdi Şabi İŞİD terrorçularını raketlərlə hədəfə aldı

Haşdi Şabi İŞİD terrorçularını raketlərlə hədəfə aldı

İraqın Haşdi Şabi könüllü hərbi birlikləri İŞİD terrorçularına qarşı böyük əməliyyata imza atıb

Rasthaber Azərbaycan xəbər verir ki, əməliyyat Diyalə əyalətində reallaşıb.
Saberin xəbər kanalının bildirdiyinə görə, Haşdi Şabinin raket briqadası Bədir Əl Savatər Diyalənin Nutf Nanə bölgəsində İŞİD-in gizli yuvasını hədəfə alıb.
Hücum zamanı çox sayda terrorist ölüb və yaralanıb.
Haşdi Şabi Əl-Ənbarda da İŞİD-in tanınmış terrorbaşlarından birini məhv etdiyini, həmçinin iki gizli yuvasını tapdığını açıqlayıb.
 

Xəbəri paylaş

VİDEOLAR