Fəlih əl-Fəyyaz dünən jurnalistlərə açıqlama verib.
İraqın "Həşdi Şabi" qüvvələrinin rəhbəri Fəlih Əl-Fəyyaz dünən jurnalistlərə açıqlama verib. Rasthaber Azərbaycan eastnews-a istinadən xəbər verir.
Məlumatda qeyd edilir ki, Əl-Fəyyaz açıqlamasında bildirib ki, "Həşd Şabi" İraqın milli suverenliyini və ərazi bütövlüyünü əvvəlki kimi qorumağa davam edəcək.
Əl-Fəyyaz "Həşdi Şabi" qüvvələrinin Kərbəlada təşkil edilən Ərbəin mərasimlərində təhlükəsizliyin təmin olunmasında böyük töhfə verdiklərini söyləyib: "Biz İraqın nüfuzlu din xadiminə söz verdik və hər zaman İraqın milli suverenliyini qoruyacağıq".