Haniyə: Qüds və Məscidül-Əqsada baş verənlər bağışlanmazdır

Haniyə: Qüds və Məscidül-Əqsada baş verənlər bağışlanmazdır

HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə bildirib ki, işğal olunmuş Şərqi Qüdsdə baş verənlər bağışlanmazdır.

Az.rasthaber.com "MEHR"ə istinadən xəbər verir ki, HƏMAS-ın rəsmi saytı Haniyənin mətbuat müşaviri Tahir ən-Nununun mövzu ilə bağlı açıqlamasını yayıb.

Nunu hadisələrin böyüməməsi üçün bəzi partiyaların Hərəkat lideri ilə əlaqə saxladığını və Heniyenin sözügedən tərəflərə danışdığını bildirib:
"Qüdsdə və Məscidül-Əqsada baş verənləri bağışlamaq olmaz. Biz torpaqlarımızdan və Qüdsdən işğalçıları qovana qədər müqavimət yolunda davam edəcəyik".

Haniyənin işğal olunmuş Fələstin torpaqlarında yarana biləcək vəziyyətlərlə bağlı onunla əlaqə saxlayan tərəflərə hər hansı söz və ya təminat verməkdən imtina etdiyini qeyd edən Nunu, HƏMAS liderinin "Baş verənlər dünyanın hər bir azad müsəlmanına hücum deməkdir" sözünü xüsusi vurğulayıb.

Xəbəri paylaş

VİDEOLAR