"Müqavimət Fələstin xalqının dəmir qübbəsidir".
Az.rasthaber.com xəbər verir ki, bunu Fələstin İslami Müqavimət Hərəkatı Həmas siyasi bürosunun rəhbəri İsmayıl Haniyə deyib.
Fələstin mediasının məlumatına görə, Qəzzada Ummah Universitetində çıxış edən İsmayıl Haniyə deyib:
"Qəzzada və İordan çayının qərb sahilindəki müqavimət, məhbusları, Qüdsü, İordan çayının qərb sahilini və Yaşıl Xətt daxilində fələstinliləri dəstəkləyən dəmir qübbədir".
HƏMAS-ın siyasi bürosunun rəhbəri sionistlərlə uzlaşmaya qarşı çıxmaq, Fələstin xalqını dəstəkləmək və Əl-Əqsa məscidini azad etmək üçün strateji koalisiyaların yaradılmasına çağırıb.
Haniyə Fələstin xalqının birliyi çağırışını təkrarlayıb və onları Fələstin strategiyası ilə bağlı razılığa gəlməyə çağırıb. Bildirib ki, bu yolla daxili parçalanmalar aradan qaldırılacaq, milli cəbhə və onun prinsipləri formalaşacaq.
İsmail Haniyənin fikrincə, bu gün ərəb və ya İslam dünyasında və ya regionda baş verən dəyişikliklərdən ən yaxşı şəkildə istifadə edilməlidir. Beləliklə, bu strateji tənzimləməni yaxşı formalaşdırmaq və düşmənlə münaqişəni yaxşı idarə etmək olar.