İsmayıl Haniyə Fələstin xalqının yeni bir dövr keçirdiyini bildirərək, bu dövrdən çıxmaq üçün köklü və strateji qərarların alınmasının vacib olduğunu bildirib.
Az.rasthaber.com "Palinfo"ya istinadən xəbər verir ki, İslami Müqavimət Hərəkatının (HƏMAS) Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə açıqlamasında bildirib:
"Biz tərəddüd etmədən müqavimət yolunda irəliləməliyik. Xalqımız da işğalçıya qarşı bütün sahələrdə öz müharibəsini aparacaq.
İşğalçı qüvvələrin vəhşi rəftarı, Fələstinin bir qiymətli övladını öldürməsi, Ceninə etdiyi hücumlar, İordan çayının qərb sahilində yəhudiləşdirmə fəaliyyətlərinin sürətləndirilməsi, 1948-ci ildə işğal olunmuş bölgədə fələstinlilərin hədəfə alınması, minlərlə insanın əsir götürülməsi, vətənə qayıtma haqqının verilməməsi qarşısında qanın qılınca, iradənin qəddarlığa qalib gəldiyi belə bir tarixi zamanda, işğala qarşı mübarizəyə rəhbərlik edəcək vahid səhra komandanlığını tez zamanda formalaşdırmağa çağırırıq.
Bu arada o, Fələstin rəhbərliyini rəsmi və faktiki olaraq Oslo razılaşmasını ləğv etməyə, İsraillə təhlükəsizlik sahəsində əməkdaşlığa son qoymağa çağırıb".