Hakim partiya Gürcüstanın baş naziri postuna Qaxariyanı namizəd kimi təqdim edəcək

Hakim partiya Gürcüstanın baş naziri postuna Qaxariyanı namizəd kimi təqdim edəcək

“Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Giorgi Qaxariya rəsmi şəkildə Gürcüstan Baş naziri postuna namizəd kimi təqdim ediləcək.

Rasthaber Azərbaycan xəbər verir ki, bu barədə hakim “Gürcü Arzusu” partiyasının icraçı katibi İrakli Kobaxidze bildirib.

Gürcüstanın yeni seçilmiş parlamenti 11 dekabrda ilk iclasını keçirəcək. İclas zamanı təşkilati və kadr məsələləri müzakirə ediləcək.

Ehtimal edilir ki, Qaxariya cümə günü rəsmi şəkildə Nazirlər kabinetinin gələcək başçısı kimi təqdim ediləcək.

“Hökumətin tərkibinə gəlincə isə, bu məsələni ilk növbədə Baş nazir həll etməlidir, bizim müəyyən məsləhətləşmələrimiz olacaq. Lakin ilk olaraq hökumət tərkibini formalaşdırmalı olan Giorgi Qaxariyadan məlumat gözləyək”, – deyə Kobaxidze qeyd edib.

Xatırladaq ki, Gürcüstanın 10-cu çağırış parlamentində “Gürcü Arzusu”-nun 90 yeri olacaq, 60 yer isə 8 müxalifət partiyasınındır. Lakin müxalifət  parlamentə daxil olmaqdan imtina edir və seçkiləri saxtalaşdırılmış hesab edir.

Bu məsələ və siyasi böhrandan çıxış yolları hakim partiya və müxalifətin danışıqları zamanı həll edilir.  Danışıqların həlledici 5-ci raundu bu gün – 10 dekabrda baş tutmalıdır.

Xəbəri paylaş

VİDEOLAR