Hakerlər Təl-Əviv meriyasının saytına “Qasim Süleymaninin mesajını” yerləşdirib

Hakerlər Təl-Əviv meriyasının saytına “Qasim Süleymaninin mesajını” yerləşdirib

İsrailin paytaxtı Təl-Əvivin meriyasının saytı ötən gün nəzarətdən çıxıb. Saytı bloklayanlar bura “Qasim Süleymaninin mesajı”nı yerləşdiriblər.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, İraqda olduğunu bildirən bir haker qrupu teleqram səhifəsi üzərindən ötən gün İsrailin paytaxtı Təl-Əviv meriyasının saytına haker hücumunu üzərinə götürüb.

Qrup bildirib ki, onlar bu kiber hücumu İsrailin təxribatlarına cavab olaraq həyata keçiriblər.

Təl-Əviv meriyası saytına edilən kiber hücumu təsdiqləyib və açıqlayıb ki, sayt bir müddət nəzarətdən çıxıb.

Sayt bloklanan zaman bura “Qasim Süleymaninin əmri ilə bloklanıb” mesajı yerləşdirilib.

Xəbəri paylaş

VİDEOLAR