Türkiyənin xarici işlər naziri Hakan Fidan Fələstində baş verən son hadisələrlə bağlı HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyə ilə telefonla danışıb.
Az.rasthaber.com xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada, nazir Fidanın HƏMAS Siyasi Bürosunun rəhbəri Haniyə ilə telefonla danışdığı bildirilib.
Görüş zamanı Fələstində baş verən son hadisələr və məhbusların azad edilməsi imkanlarının müzakirə edildiyi qeyd edilib.