Türkiyənin xarici işlər naziri Fidan İranın xarici işlər naziri Abdullahiyanla telefonla danışıb və Kirman şəhərində baş verən terror aktında həyatını itirənlərə başsağlığı verib.
Az.rasthaber.com xəbər verir ki, Türkiyə mətbuatı xarici işlər naziri Hakan Fidanın İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə telefon danışığı apardığını yazıb.
Diplomatik mənbələrdən əldə edilən məlumata görə, Fidan iranlı həmkarı Əmir Abdullahian ilə görüşündə İranın Kirman şəhərində törədilən terror aktında həyatını itirənlərə başsağlığı verib.
Görüşdə İran prezidenti İbrahim Rəisinin sözügedən terror aktı ilə əlaqədar təxirə salınan və daha sonra keçiriləcək səfəri müzakirə olunub.
Ötən axşam prezident Rəcəb Tayyib Ərdoğan İran prezidenti İbrahim Rəisi ilə telefon danışığı aparıb.
Toplantıda Rəisinin Türkiyə səfərinin sonrakı tarixə təxirə salınması qərara alınıb.