Qatillərin xarici muzdlular olduğu məlum olub
Haiti təhlükəsizlik qüvvələri prezident Moivini öldürən təcavüzkarları tutmaq üçün genişmiqyaslı əməliyyat başlatdı.
Ölkə rəsmilərinin açıqlamalarına görə, gizləndikləri yeri təsbit edən təhlükəsizlik qüvvələrinin əməliyyatı nəticəsində 4 silahlı şəxs zərirsizləşdirilib, 2 nəfər nəzarətə götürülüb.
Haiti Baş naziri Claude Joseph isə açıqlamasında, prezidenti öldürənlərin xarici muzdlu olduqlarını qeyd edib. Onların İngilis və İspan dillərində danışdıqlarına diqqət çəkib.
Rasthaber Azərbaycan trthaber-ə istinad etdiyi xəbərə görə hücum əsnasında Prezident Moiziyə 12 güllə dəyib.
Xatırladaq ki, Haitinin 53 yaşlı prezidenti Moise, keçən gün evinə basqın edən bir qrup silahlı tərəfindən öldürüldü. Həyat yoldaşı Martine Moise isə hadisədən yaralı xilas oldu. Baş nazir Claude Joseph isə prezident Moise-nin evində öldürüldüyü hadisədən sonra ölkədə fövqəladə vəziyyət elan etdi.