“Gürcüstan əcnəbi turistlərin cəlb olunması ilə bağlı Baltikyanı ölkələr, Polşa, Çexiya və Avstriya ilə danışıqlar aparır”.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin baş naziri Giorgi Qaxaria jurnalistlərə açıqlamasında bildirib.
O deyib ki, yaxın zamanlarda müvafiq qərarlar qəbul ediləcək: “Gürcüstan ilk növbədə koronavirusun az yayıldığı ölkələrdən turistlər qəbul etməyə hazırdır. Lakin vətəndaşların sağlamlığını təhlükə altına qoymamaq üçün olduqca düşünülmüş və ehtiyatlı addımlar atmalıyıq”.
G.Qaxaria qeyd edib ki, İsraillə qarşılıqlı turist səfərləri ilə bağlı danışıqlar yekunlaşdırılmağa yaxın idi: “Lakin İsraildəki epidemioloji vəziyyət gözlənilmədən mürəkkəbləşib. Buna görə də bu məsələnin təxirə salınmasına dair razılığa gəlmişik”.
Qeyd edək ki, Gürcüstan iyulun 1-dən xarici turistləri qəbul etməyi planlaşdırıb.