Prezident Salome Zurabişvili əfv sərəncamı imzalayıb.
Rasthaber Azərbaycan 24News.ge-yə istinadən xəbər verir ki, bu barədə Prezident Administrasiyasından bildirilib.
Blaqoveşşeniye bayramı ilə əlaqədar verilən sərəncamla 9 məhkum qadın azadlığa buraxılıb.
Həmin qadınların hər birinin himayəsində bir və ya bir neçə azyaşlı uşaq var. Bununla yanaşı onların törətdikləri cinayət əməlləri zorakı cinayətlər kateqoriyasına aid deyil.
Əfv olunan qadınların hamısı həbsxanakarı bu gün tərk edəcəklər.