Gürcüstanın keçmiş prezidenti siyasətə qayıdır; Müxalifətə dəstək olacaq...

Gürcüstanın keçmiş prezidenti siyasətə qayıdır; Müxalifətə dəstək olacaq...

Sabiq prezident "Avropalı Gürcüstan" partiyasının liderlərindən biri olan Qiqi Uqulavanın həbs olunmasının ardından siyasətə qayıdır

Gürcüstanın sabiq prezidenti Giorgi Marqvelaşvili müxalif "Avropalı Gürcüstan" partiyasının liderlərindən biri olan Qiqi Uqulavanın həbs olunmasının ardından siyasətə qayıtmağa hazır olduğunu açıqlayıb.

Rasthaber Azərbaycan "24News.ge"yə istinadən xəbər verir ki, eks-prezident Giorgi Marqvelaşvili "Palitranews" telekanalının efirində qonaq olarkən siyasətə yenidən qayıtmağa hazır olduğunu bildirib.

"Ölkəmizin gedişatı və gələcəyi şübhə altında olduğu bir dövrdə, təbii ki, mən Gürcüstanın müstəqilliyini təmin etmək və qorumaq üçün aktiv məsləhətləşmələrə başlayıram",-deyə keçmiş prezident vurğulayıb.

2013-cü ildən 2018-ci ilə qədər ölkəyə rəhbərlik edən G.Marqvelaşvilinin sözlərinə görə, onun siyasi fəaliyyəti müxalifətə qarşı yönəlməyəcək, əksinə hakimiyyət əleyhdarlarının birliyini qoruyub saxlamağa kömək edəcək: “Siyasətə qayıtmağım heç bir halda müxalifət birliyini zəiflətməyəcək. Bu gün mənim üçün ən dəyərli şey, artıq baş vermiş müxalifət vahidliyidir. Bütün siyasi səylərim bu birliyi dəstəkləməyə və möhkəmləndirməyə yönəldiləcəkdir".

Xəbəri paylaş

VİDEOLAR