Gürcüstanın keçmiş baş naziri həbsxanadan buraxılıb

Gürcüstanın keçmiş baş naziri həbsxanadan buraxılıb

Gürcüstanın keçmiş baş naziri və daxili işlər naziri Vano Merabişvili səhər saatlarında sərbəst buraxılıb.

Gürcüstanın keçmiş baş naziri və daxili işlər naziri Vano Merabişvili səhər saatlarında sərbəst buraxılıb.

Rasthaber Azərbaycan 24News.ge-yə istinadən xəbər verir ki, sabiq hökumət başçısı artıq həbsxananı tərk edib.

Belə ki, V.Merabişvilini səhər saatlarında yxınları və siyasətçi dostları qarşılayıblar.

Qeyd edək ki, keçmiş baş nazir 2013-cü ildə həbs edilib. Onun haqqında bir neçə iş üzrə - Aqura şərab fabrikinin qanunsuz ələ keçirilməsi, Sandro Qorqvlianinin işi üzrə dəlillərin gizlədilməsi, 2011-ci ilin 26 may aksiyasını güc yolu ilə dağıtma, seçkilərdə əhalini pul ilə satın alma, Valeri Qelaşviliyə qarşı fiziki şiddət təqsirlərindən həbsdə saxlanılırdı. V.Merabişvili 6 il 9 ay müddətində həbs cəzasına məhkum edilmişdi.

Xəbəri paylaş

VİDEOLAR