Gürcüstanın iri şəhərlərində əyani təhsilin fəaliyyəti bərpa olunub

Gürcüstanın iri şəhərlərində əyani təhsilin fəaliyyəti bərpa olunub

Gürcüstanın iri şəhərlərində əyani təhsil fəaliyyətini bərpa edib.

Rasthaber Azərbaycan xəbər verir ki, Qurumlararası Koordinasiya Şurasının qərarına əsasən, dərslərin siniflərdə ölkənin Səhiyyə Nazirliyinin müəyyən etdiyi tibbi protokol əsasında davam etdirilməsinə icazə verilir.

Lakin valideynlər distant təhsili seçmək hüququna malikdirlər.

Qeyd edək ki, 1 fevraldan Batumi, Poti, Zuqdidi və Telavi şəhərlərindəki şagirdlər artıq məktəbdə əyani təhsilə geri dönüblər. Tbilisi, Rustavi və Kutaisidə ilkin olaraq  tədris prosesinin 1 martdan bərpası nəzərdə tutulsa da, 15 fevraldan şagirdlərin siniflərə qayıtmasına dair qərar qəbul edilib.

Bundan başqa bu gündən Gürcüstanda qida obyektləri və restoranların açıq məkanları işləməyə başlayacaqlar.

Lakin məsafə və digər koronavirusa qarşı qoyulmuş qaydalara əməl etmək lazım olacaq.

Çünki bu qaydalara əməl etməyənlər 2 min, 10 min Lari (1 Lari – 0.51 Azn) arası cərimə ödəməli olacaqlar.

Xəbəri paylaş

VİDEOLAR