“Ölkəmizdə fövqəladə vəziyyət və komendant saatına artıq ehtiyac yoxdur”.
Rasthaber Azərbaycan "24News.ge"yə istinadən xəbər verir ki, bu sözləri baş nazir Giorgi Qaxaria dünən deyib.
Nazir çıxışında qeyd edib ki, mayın 22-dən etibarən ölkədə fövqəladə vəziyyət rejimi aradan götürüləcək:
"Bizə bəzi məhdudiyyətlər lazımdır, fövqəladə vəziyyət və komendant saatı lazım deyil, buna görə də parlamentdən fövqəladə vəziyyət və komendant saatı olmadan bir neçə məhdudiyyətləri tətbiq edə bilməmiz üçün qanunun qəbul edilməsini istədik", - deyə baş nazir bildirib.
Nazir həmçinin qeyd edib ki, koronavirusun qarşısının alınmasına yönələn müəyyən məhdudiyyətlərin müddəti uzadılacaq.