"Bir şeyi anlamalıyıq ki, real olaraq bu il, ilin sonuna kimi, kifayət qədər çətin olacaq".
Rasthaber Azərbaycan Gürcüstan mediasına istinadən xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri, Giorgi Qaxariya Nikozi kəndində fermerlərlə görüşü zamanı deyib.
“Bir şeyi anlamalıyıq baxmayaraq ki, epidemiyanı idarə edirik, hər halda böyük risk altındayıq. Epidemiyanı virusun yayılması sürəti və coğrafi baxımından idarə edirik. Ölkədə daima skrininq olmalıdır. Ardıcıl testləşdirmə baş verməlidir.
Fermer bağda, fəhlə zavodda, alim institutda, sagird məktəbdə və dövlət qulluqçusu isə, xalqın xidmətində olmalıdır. Bunların hamısını 4-5 aya çatdırmalıyıq”, – deyə Gürcüstanın baş naziri bildirib.