Gürcüstanın Baş naziri İrakli Qaribaşvili mayın 5-də Azərbaycan Respublikasına səfərə gəlib.
Rasthaber xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstanın Baş naziri, XİN rəhbəri Zalkaliani rəsmi şəxslər tərəfindən qarşılanıb.
Qeyd olunur ki, qonaqları hava limanında Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.
Gürcüstan mediasının yazdığına görə, Qaribaşvili Azərbaycana ilk rəsmi səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul ediləcək.
Daha sonra həmkarı Baş nazir Əli Əsədov, həmçinin Azərbaycan Milli Məclisin spikeri Sahibə Qafarova ilə biraraya gələcək.