Gürcüstanı Svanetidəki karantin rejimini ləğv edir

Gürcüstanı Svanetidəki karantin rejimini ləğv edir

Bu barədə Sameqrelo-Zemo Svaneti qubernator müavini Nino Vibliani məlumat verib.

Rasthaber Azərbaycan Gürcüstan mediasına istinadən xəbər verir ki, bu gündən, yəni 2 sentyabrdan rayon mərkəzi Mestia və Lenceri kəndində tətbiq edilmiş karantin tədbirləri tam götürülür, region normal həyat tərzinə geri qayıdır.

Bu barədə Sameqrelo-Zemo Svaneti qubernator müavini Nino Vibliani məlumat verib.

Xatırladaq ki, Lenceri kəndində 17 yoluxma qeydə alındıqdan sonra 10 avqustda Mestia rayonunda karantin tətbiq edilib və bölgə qapadılıb.

Viblianinin sözlərinə görə, 10 avqustdan rayonda 5000-dək PZRtest keçirilib.

“Son günlər ərzində Mestia və Lenceri də virusun xas əlamətləri müəyyən edilməyib. Məhdudiyyətlərin götürülməsinə baxmayaraq, kəndlərdə kütləvi termoskrininq davam etdiriləcək və PZR müayinə plan əsasında həyata keçiriləcək”, – deyə o qeyd edib.

3 sentyabrdan isə Nataxtari-Mestia-Nataxtari istiqamətində uçuşlar bərpa ediləcək.

Xəbəri paylaş

VİDEOLAR