Gürcüstandan şərtli vaksin açıqlaması

Gürcüstandan şərtli vaksin açıqlaması

Əgər sözügen Çin vaksini ÜST tərəfindən təsdiqlənməsə, o, Gürcüstana gətirilməyəcək.

Rasthaber Azərbaycan Gürcüstan mediasına istinadən xəbər verir ki, Gürcüstan səhiyyə naziri Yekaterina Tikaradze vaksinlə bağlı danışıqların bir neçə ölkə ilə, o cümlədən də Çin ilə aparıldığını deyib.

Nazir bildirib ki, ölkəyə yalnız Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təsdiq etdiyi vaksin daxil olacaq.

“Biz Çinlə danışıqlar aparırıq, Çinin 2 vaksini gözləmə rejimindədir. Bu vaksinlər çox tezliklə ÜST tərəfindən avtorizasiya əldə edəcək və bu, bizim üçün vaksinin təhükəsizliyinin mühüm zəmanəti olacaq”, – deyə o vurğulayıb.

Tikaradze həmçinin əlavə edib ki, əgər sözügen Çin vaksini ÜST tərəfindən təsdiqlənməsə, o, Gürcüstana gətirilməyəcək.

Xəbəri paylaş

VİDEOLAR