Gürcüstanda yeni COVİD 19 rekordu

Gürcüstanda yeni COVİD 19  rekordu

İndiyədək ümumilikdə Gürcüstanda 1643 nəfər bu xəstəlikdən sağalıb.

Rasthaber Azərbaycan xəbər verir ki, Gürcüstanda ötən sutka ərzində koronavirusa 227 yeni yoluxma faktı qeydə alınıb, bir nəfər ölüb, 69 nəfər sağalıb.

“StopCov”-un məlumatına görə, indiyədək yoluxanların sayı 4140 nəfərə çatıb.

İndiyədək ümumilikdə Gürcüstanda 1643 nəfər bu xəstəlikdən sağalıb.

Pandemiya başlayandan dünyasını dəyişənlərin sayı isə 24 nəfərdir.

Hazırda 5390 nəfər karantindədir, 836 nəfər həkim nəzarətindədir, otellərdə 640 nəfər karantindədir.

41 Gürcüstan vətəndaşı isə müalicə üçün Gürcüstana gətirilib.

Xatırladaq ki, ölkədə ilk yoluxma 26 fevralda qeydə alınıb.

Xəbəri paylaş

VİDEOLAR