Parlament üçüncü oxunuşda tibbi maska taxmamağa görə cərimələrin nəzərdə tutulduğu qanun layihəsini qəbul edərək, təstiqlənməsi üçün ölkə Prezidenti Salome Zurabişviliyə göndərilib.
Rasthaber Azərbaycan "24News.ge"yə istinadən xəbər verir ki, qəbul olunan qanun layihəsini prezident təstiq edib.
Qərara əsasən, qapalı ictimai yerlərdə tibbi maska istifadə etməyən fiziki şəxslər 20 lari cərimə olunacaq. İnsanların tibbi maskasız bu məkanlara daxil olmasına nəzarət etməyən hüquqi şəxslərə qarşı isə 500 lari məbləğində cərimə tətbiq ediləcək.
İctimai nəqliyyat, metro və taksidə qoruyucu tibbi ləvazimatdan istifadə qaydalarını pozanlara da 20 lari cərimə tətbiq olunacaq.
Sağlamlıq vəziyyətinə görə tibbi maska taxa bilməyənlər müvafiq arayış alacaqlar və onlar cərimələnməyəcəklər.
Qeyd edək ki, qanun layihəsinin lehinə 73 deputat səs verib.