Gürcüstanda tam təcrid olmayacaq, lakin bəzi təcridetmələr mümkündür - Qaxariya

Gürcüstanda tam təcrid olmayacaq, lakin bəzi təcridetmələr mümkündür - Qaxariya

Xatırladaq ki, hazırda ölkədə nöqtəvi məhdudiyyətlər mövcuddur və onlar 28 noyabrdan 31 dekabradək qüvvədə olacaq.

Rasthaber Azərbaycan Gürcüstan mediasına istinadən xəbər verir ki, Gürcüstan Baş naziri Giorgi Qaxariya ölkədə tam lokdaun (tam təcrid) rejiminin tətbiq ediləcəyinə dair şaiyələri təkzib edib.

“Son məqsədli məhdudiyyətlərin nəticələrini biz artıq hiss edirik ki, bu da əsasdır. Bizim səhiyyə sistemimiz mətanətlə bütün problemləri öhdəsindən gəlir, buna görə heç bir lokdaun və daha sərt məhdudiyyətlər, xüsusilə də hərəkət məhdudiyyəti zərurəti yoxdur və olmayacaq da. Bunlar şayiələrdir”, – deyə o bildirib.

Qaxariyanın sözlərinə görə, hökumət təyin edilən plana riayət edir və bu planda heç bir dəyişiklik edilməyəcək.

“Heç bir tam lokdaun olmayacaq, avtomobillərlə və ya piyada hərəkətə heç bir tam məhdudiyyət olmayacaq. Təkcə 24 dekabrdan açıq olanlar qapadılacaq – ticarət obyektləri. Ölkədə digər məhdudiyyətlər olmayacaq. Bu cür zərurət yoxdur”, – deyə o qeyd edib.

Xatırladaq ki, hazırda ölkədə nöqtəvi məhdudiyyətlər mövcuddur və onlar 28 noyabrdan 31 dekabradək qüvvədə olacaq.

Xəbəri paylaş

VİDEOLAR