Gürcüstanda parlament seçkiləri keçirilir.
Rasthaber xəbər verir ki, ölkə üzrə 3 657 seçki məntəqəsi yerli vaxtla saat 08:00-da qapılarını açıb.
Xaricdə 38 ölkədə 52 seçki məntəqəsi fəaliyyət göstərəcək.
Vahid seçici siyahısında 3 526 023 seçici var ki, onların da 14 170-i xaricdədir.
Bu barədə Gürcüstanın Mərkəzi Seçki Komissiyasının sədri Tamar Jvania brifinqdə bildirib.
Onun sözlərinə görə, sabahkı paarlament seçkilərini yerli müşahidəçilərlə yanaşı 20 səfirlik və 23 beynəlxalq təşkilatın təmsilçiləri də izləyəcək. Səsvermə prosesini 118 media təşkilatın 5 971 nümayəndəsi işıqlandıracaq.
Gürcüstan üzrə səsvermə prosesi saat 20:00-da başa çatacaq.