Gürcüstanda maska istifadəsi ilə bağlı tədbirlər sərtləşdirilir

Gürcüstanda maska istifadəsi ilə bağlı tədbirlər sərtləşdirilir

Gürcüstan səhiyyə naziri Yekaterina Tikaradze açıqlama verib

Rasthaber Azərbaycan Gürcüstan mediasına istinadən xəbər verir ki, Gürcüstan səhiyyə naziri Yekaterina Tikaradze Təsisatlararası Koordinasiya Şurasının iclasından sonra çıxış edib.

“Maskalardan instensiv istifadə, həmçinin sosial məsafənin əvvəlki kimi olduqca mühüm olması maraqlı komponentdir, çünki bizim paytaxtımızda (yoluxma) sayı ciddi artıb və buna diqqət yetirmək lazımdır”, – deyə bildirib.

Tikaradzenin sözlərinə görə, infeksiyanın yayılmasının qarşısının alınması istiqamətində hansı addımların atılacağına dair qərar qəbul etmək üçün paytaxtla bağlı bəzi müşahidələr aparılır.

“Hələ də qalan birinci və ən mühüm tədbir maskalardan istifadədir. Bu istiqamətdə biz hesab edirik ki, tədbiləri sərtləşdirəcəyik. Bu mərhələdə nəqliyyat və digər sürətlə hərəkət imkanı verən vasitələrə dair məhdudiyyətlərə gəlincə, bu, bu gün üçün məlum problemin bir nömrəli həlli deyil, çünki biz şəhərin sıxlığını, həmçinin paytaxtda bütün tədbirlərə riayət səviyyəsini nəzərə alırıq”, – deyə o qeyd edib.

Səhiyyə naziri deyib ki, Acarıstan və Tbilisi arasında bütün bu tədbirlərin keçirilməsi nəzərəçarpacaq qədər fərqlənir.

“Biz çox ümid edirik ki, ölkə əhalisi bizə bu məsələdə kömək edəcək və intensiv, sərt maska istifadəsi şəraitində biz əlavə məhdudiyyətlər qəbul etmək məcburiyyətində qalmayacağıq”, – deyə Tikaradze əlavə edib.

Xəbəri paylaş

VİDEOLAR