Qeyd edək ki, yeni qərara əsasən Gürcüstanın bütün şəhərlərində Ticarət Mərkəzləri və bazarlar şənbə-bazar günləri də işləyəcək.
Rasthaber Azərbaycan Gürcüstan mediasına istinadən xəbər verir ki, bu gündən Gürcüstanda koronavirusla mübarizə çərçivəsində tətbiq edilən məhdudiyyətlərin bir hissəsi də yumşaldılıb.
Belə ki, bu gündən bütün şəhərlərdə qapalı məkanlardakı restoranların fəaliyyəti, dağ kurortlarındakı kanat yolları, Ticarət Mərkəzləri – (Mall), bazarlar fəaliyyətini bərpa edir.
Qeyd edək ki, yeni qərara əsasən Gürcüstanın bütün şəhərlərində Ticarət Mərkəzləri və bazarlar şənbə-bazar günləri də işləyəcək.
15 Martdan isə trenajor zalları, Məktəb dərnəkləri, Teatrlar, idman klubları açılacaq, peşakar ansambllar təlim və məşğələlərini bərpa edə biləcəklər.