Bu barədə baş nazir, Giorgi Qaxariya məlumat yayıb.
"Ölkə miqyasında 200 kilovatdan az elektrik enerjisi və 200 kubmetrdən az təbii qaz istifadə edən vətəndaşların, mart, aprel və may aylarının komunal ödənişləri təmamilə hökumət tərəfindən ödəniləcək."
Rasthaber Azərbaycan "24News.ge"yə istinadən xəbər verir ki, bu barədə baş nazir, Giorgi Qaxariya məlumat yayıb.
G.Qaxariya əlavə edib ki, ödəniş təbii qaz və işıqdan başqa, təmizlik və su ödənişini də nəzərdə tutur.
"Buraya təmizlik və su ödənişi də daxil edilir. Bu yardım birbaşa olaraq hər bir vətəndaşa ünvanlanıb. Biz bu qərarı verdik və anlayırıq ki, bunlar bəs etməyəcək. Əlbəttə ki, biz hər bir işini itirmiş vətəndaşı təyin etməli və bundan sonra bizim onlara birbaşa yardım üçün xüsusi tədbirlərimiz də olacaq,"-deyə baş nazir, Giorgi Qaxariya bildirib.