Gürcüstanda koronavirusun ikinci dalğası başlayır

Gürcüstanda koronavirusun ikinci dalğası başlayır

Gürcüstanın Baş naziri Giorqi Qaxariya bəyan edib

Rasthaber Azərbaycan  istinadən xəbər verir ki, Gürcüstanın Baş naziri Giorqi Qaxariya bəyan edib ki, ölkədə koronavirus pandemiyasının 2-ci dalğası başlayır, lakin vahimə üçün əsas yoxdur.

“Bu gün 57 və dünən 44 yoluxma ölkədəki epidemioloji vəziyyətin yavaş-yavaş dəyişməsinin birbaşa göstəricisidir. Biz ikinci dalğanı ehtimal edirdik və bu proses başlamaqdadır. Biz payızda gözləyirdik və proses elə payızda da başlayır. Əsas odur ki, təlaş üçün heç bir səbəb yoxdur, çünki biz vəziyyətə tam nəzarət edirik, vəziyyət nəzarət altındadır”, – deyə o bildirib.

Baş nazir xatırladıb ki, Gürcüstan hökuməti epidemiyanın yayılmasının ilk günlərindən sürətlə və zamanında hərəkətə başladı. Ən mühüm addım virusun yayılması riskinə nəzarət oldu.

“Məsələn, epidemiyadan sonrakı ilk günlərdə səhiyyə sistemimiz gündə 150 PZR-test keçirirdi, bu gün isə səhiyyə sistemimiz ortalama 6-7 min test edə bilir, tezliklə gündə 10 min test etmək imkanı da olacaq”, – deyə o qeyd edib.

Qaxariyanın sözlərinə görə, Gürcüstanın Səhiyyə Nazirliyi və xəstəxana sisteminin pasiyentləri qəbul etməyə tam hazır olmasına baxmayaraq, yaşlıların xüsusi qayğısına qalmaq və onları virusa yoluxmaqdan qorumaq lazımdır.

Qeyd edək ki, Gürcüstanda indiyədək 1830 yoluxma qeydə alınıb, 1334 nəfər sağalıb, 19 nəfər isə dünyasını dəyişib.

Ölkədə ilk yoluxma 26 fevralda qeydə alınıb.

Xəbəri paylaş

VİDEOLAR