Gürcüstanda koronavirusla əlaqədar sərtləşmə tədbirləri görüləcəkmi?

Gürcüstanda koronavirusla əlaqədar sərtləşmə tədbirləri görüləcəkmi?

Gürcüstan Baş naziri Giorqi Qaxariya açıqlama verib

Rasthaber Azərbaycan Gürcüstan mediasına istinadən xəbər verir ki, Gürcüstan Baş naziri Giorqi Qaxariya yayılan şayiələri təkzib edərək bildirib ki, yeganə Gürcüstan-Rusiya sərhəd keçid məntəqəsi “Kazbeqi – Yuxarı Lars”-da epidemioloji vəziyyət tam nəzarət altındadır.

Xatırladaq ki, ötən gün Gürcüstan DİN bildirib ki, son bir neçə gündə əməkdaşlarında koronavirusa 11 yoluxma halı qeydə alınıb. Bu rəqəmin də 7-si “Kazbeqi” NKM əməkdaşlarında müəyyən edilib. Bundan sonra isə KİV-lərdə “Kazbegi”-də məhdudiyyətlərin tətbiq edilə biləcəyi barədə xəbərlər yayıldı.

“Müxtəlif KİV-lərdə şayiələr yayılır ki, hökumət Kazbegidə də məhdudiyyətlər tətbiq etməyə hazırlaşır, lakin heç bir risk yoxdur. Bu gün Kazbegidə, həmçinin “Lars” NKM-də epidemioloji vəziyyət tam nəzarətdədir. Buna görə də bunlar sadəcə şayiələrdir”, – deyə Qaxariya bildirib.

“İndiyədək 54205 sürücü test edilib, onlardan 788-də virus tapılıb. Düşünmək olar ki, bu, kiçik rəqəmdir, lakin ölkəyə nəzarətsiz daxil olmuş bu cür bir nəfər çox böyük gərginliyə səbəb ola bilər. Bunlar böyük ehtiyat və diqqətlə nəzarət edilməli olan istiqamətlərdir”, – deyə o qeyd edib.

Xəbəri paylaş

VİDEOLAR