Gürcüstanda koronavirusla bağlı yoluxma rəqəmləri günü-gündən artır

Gürcüstanda koronavirusla bağlı yoluxma rəqəmləri günü-gündən artır

Gürcüstanda ötən sutka ərzində koronavirusa 259 yeni yoluxma faktı qeydə alınıb, bir nəfər ölüb, 62 nəfər sağalıb.

Rasthaber Gürcü mediasına istinadən məlumatına görə, indiyədək yoluxanların sayı 4399 nəfərə çatıb.

İndiyədək ümumilikdə Gürcüstanda 1705 nəfər bu xəstəlikdən sağalıb.

Pandemiya başlayandan dünyasını dəyişənlərin sayı isə 25 nəfərdir.

Hazırda 5390 nəfər karantindədir, 836 nəfər həkim nəzarətindədir, otellərdə 640 nəfər karantindədir.

41 Gürcüstan vətəndaşı isə müalicə üçün Gürcüstana gətirilib.

Xatırladaq ki, ölkədə ilk yoluxma 26 fevralda qeydə alınıb.

Xəbəri paylaş

VİDEOLAR