Pandemiya başlayandan dünyasını dəyişənlərin sayı isə 19 nəfərdir.
Rasthaber Azərbaycan xəbər verir ki, Gürcüstanda ötən sutka ərzində koronavirusa 165 yeni yoluxma faktı qeydə alınıb.
“StopCov”-un məlumatına görə, indiyədək yoluxanların sayı 2392 nəfərə çatıb.
İndiyədək ümumilikdə Gürcüstanda 1369 nəfər bu xəstəlikdən sağalıb.
Pandemiya başlayandan dünyasını dəyişənlərin sayı isə 19 nəfərdir.
Hazırda 5882 nəfər karantindədir, 390 nəfər həkim nəzarətindədir.
41 Gürcüstan vətəndaşı isə müalicə üçün Gürcüstana gətirilib.
Xatırladaq ki, ölkədə ilk yoluxma 26 fevralda qeydə alınıb.