Gürcüstanda koronavirusa yoluxma psixolojik həddə çatır

Gürcüstanda koronavirusa yoluxma psixolojik həddə çatır

Xatırladaq ki, ölkədə ilk yoluxma 26 fevralda qeydə alınıb.

Rasthaber Azərbaycan xəbər verir ki, Gürcüstanda ötən sutka ərzində koronavirusa 453 yeni yoluxma faktı qeydə alınıb, bir nəfər ölüb, 295 nəfər sağalıb.

“StopCov”-un məlumatına görə, indiyədək yoluxanların sayı 7093 nəfərə çatıb.

İndiyədək ümumilikdə Gürcüstanda 3714 nəfər bu xəstəlikdən sağalıb.

Pandemiya başlayandan dünyasını dəyişənlərin sayı isə 43 nəfərdir.

Hazırda 5392 nəfər karantindədir,  836 nəfər xəstəxanada həkim nəzarəti altındadır.

1100 nəfər otellərdə karantinə salınıb.

41 Gürcüstan vətəndaşı isə müalicə üçün Gürcüstana gətirilib.

Xatırladaq ki, ölkədə ilk yoluxma 26 fevralda qeydə alınıb.

Onu da qeyd edək ki, dünən 448 nəfər COVİD 19-a yoluxub.

Xəbəri paylaş

VİDEOLAR